Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Əfqan Bəhman oğlu Həmzəyevin ailəsi ziyarət edilib

05.04.2022

Bu gün Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Elçin Tağıyev, Borsunlu kənd Mədəniyyət evinin direktoru Gülnar Abdullayeva, Kitabxana filialının direktoru Ulduz Nəsirova və Qırıxlı kənd Klubunun direktoru Elməddin Zeynalov Borsunlu kənd sakini Şəhid Əfqan Bəhman oğlu Həmzəyevin ailəsini ziyarət etmişdilər.
Şəhid ailəsinin ziyarətində Elçin Tağıyev ilk öncə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət ailəsinə səbir diləmişdir.
Sonda Şəhid Əfqan Həmzəyevin ailəsinə kollektiv adından 8 Noyabr Zəfər Günü "Xarı Bülbül" ün xatirə tablosu təqdim edilmişdir.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə olkə başçısı cənab İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.

 

174.8 KB

 

157 KB