05.04.2022
04.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 2 Aprel Beynəlxalaq Uşaq Kitabı Günü ilə əlaqədar “Sürətlə oxu” adlı viktorina keçirildi. Viktorinada Samux rayon M.Ə.Sabir adına tam orta məktəbin 4b sinif şagirdləri arasında sürətli və düzgün oxu üzrə yarış təşkil olunub. Uşaq şöbəsinin müdiri Venera Məmmədova şagirdlərə mütaliyənin həyatımızdakl rolu haqqında danışdı. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə erkən yaşdan insan zəkasının inkişafında müstəsna rolu olan, eyni zamanda onun mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan mütaliyəyə həvəs oyatmaqdır. Sonda qalib şagirdlərə nağıl kitabı və döş nişanı hədiyyə olundu.