05.04.2022
04.04.2022 -ildə Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon MKS-inin Qarabağlı kənd kitabxanasının təşəbbüsü ilə Qarabağlı kənd kulubu filialı işciləri və ikinci Qarabağ müharibəsinin döyüşçüsü Vəliyev Dilqəm Məhəmməd oğlunun,Məcid Xəlilov adına Poylu kənd tam orta məktəb şagirdlərinin iştirakı ilə Aprel döyüşlərinə həsr olunan “Zəfər Qığılcımı”adlı dəyirmi masa keçirildi.
Tədbiri Qarbağlı kənd kitabxana filialının müdiri Məmədova Elyanə açaraq bildirdi ki, Azərbaycan ordusu 4 günlük Aprel döyüşləri ilə 23 ildən sonra Xalqımızın ilk Zəfər Qığılcımını yaratdılar .Aprel döyüşləri Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. İkinci Qarabağ müharibəsinin Veteranı Vəliyev Dilqəm çıxışında Aprel döyüşləri zamanı bir neçə əhəmiyətli yüksəkliklərin azad olunmasını vurğuladı. Allahdan Şəhidərimizə rəhmət dilədi.