04.04.2022
04.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Aprel döyüşləri ilə bağlı " Böyük Zəfərin başlanğıcı" adlı onlayn videokonfrans keçirildi.
Tədbirdə Mədəniyyət Mərkəzi, kənd filialları, Qarayeri qəsəbə Mərkəzi Kitabxana Sisteminin filial müdiri Samirə Məmmədova, 1 saylı məktəbin 4a sinif şagirdləri bədii qiraət dərnək üzvləri və s. iştirak etdilər.
Konfransın açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı. O, qeyd etdi ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensif artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Sonra söz Lək kənd Sənətkarlıq evinin müdiri Cahangir Nəbiyevə verildi. O, bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel döyüşləri vaxtı demişdir.
" Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bunu onlar bilsinlər özünü növbəti dəfə rəzil edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın".
Daha sonra çıxış üçün söz Ziyadlı kənd Sənətkarlıq evinin müdiri Ülviyyə Tağıyevaya verildi. O, bildirdi ki, Prezident İlham Əliyev bu sözləri ilə bir daha təsdiqləyir ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gündə onun tərkibindədir, gələcəkdə də olacaq".