Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarix yazan qəhrəmanlar” mövzusunda dəyirmi masa keçirilib

04.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər

Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı Aprel döyüşlərinin ildönümü ilə əlaqədar “Tarix yazan qəhrəmanlar” mövzusunda dəyirmi masa keçirdi. Tədbirdə K.D.Uşinski adına 29 №-li tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.

Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. "Lələtəpə" yüksəkliyinə üçrəngli bayrağımız sancılıb.

Məktəbin tərbiyə İşləri üzrə direktor müavini Vüsalə Məmmədova bildirdi ki, Aprel döyüşləri 44 günlük müharibənin, Ermənistan ordusunun darmadağınının əsasını qoydu. Həmin döyüşlər Ermənistan ordusu barədə yayılan və havadarları tərəfindən təbliğ edilən mifi də dağıtdı. Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova, Gəncə şəhər Heydər

Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova, bələdçisi Sevinc Bədəlova öz çıxışlarında qeyd etdilər ki, Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirib. Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.

Tədbir boyu iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Sonda tədbir iştirakçıları Aprel döyüşlərinə həsr olunmuş video-çarxı izlədilər.

 

137.7 KB

 

137 KB

 

131.5 KB