Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kitab yolumuza işıq saçan mayakdır” başlıqlı sərgi-söhbət keçirilib

04.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar Səməd Vurğun adına 41 saylı tam orta məktəbdə "Kitab bizə mayakdır" başlıqlı sərgi-söhbət təşkil etdi. Kitabxanaçı Qafarova Könül sərgi iştirakçılarına 2 Aprel Beynəlxalq Uşaq Kitabı Gününün necə yaranması haqqında məlumat verərək qeyd etdi ki, bu günün məhz 2 aprelə təsadüf etməsinin maraqlı tarixçəsi vardır. Məşhur nağılçı Hans Xristian Andersenin 1805-ci il aprelin 2-də anadan olduğu gündür. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. Beləliklə, 1967-ci ildə Beynəlxalq Uşaq kitabları Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün - aprelin 2-si Uşaq Kitab Günü kimi təsis olunur. Yazıçının yazdığı "Noxud üstündə yatmış şahzadə", "Çirkin ördək", "Qar kraliçası", "Su pərisi" və s. nağılları oxucuların sevdiyi nağıllar içərisindədir. Bu günün təsis olunmasında əsas məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, kitab mədəniyyətinə cəlb etmək, oxucuların kitaba, mütaliyəyə həvəs hissini artırmaqdan ibarətdir. 
Sərgidə 50-dən çox Azərbaycan nağılları, digər xalqların bir-birindən maraqlı kitabları yer almışdır. Kitablardan "100 sevimli nağıl" seriyasından olan (cildləri ilə), Azərbaycan xalq nağıllarından "Əhmədin nağılı", "Cığal sərçə", "Zürafənin boyu necə uzandı", "Tülkü balası", "Axmaq canavar", "Bulud", digər xalqların ədəbiyyatından Eston nağılı "Xeyirxah odunçu", Eskimos nağılı "Ovçu və Nanuk", Avar nağılı "Dağ və siçan",  Azərbaycan şifahi xalq ədəbiyyatından "Tarixi rəvayətlər", Dünya ədəbiyyatından Mark Tven "Şahzadə və dilənçi", Ceyms Barri  "Piter pen", Antuan dö Sənt-Eqzüperi "Balaca şahzadə" və sair kitabları nümayiş olundu. İştirakçıları maraqlandıran suallar kitabxanaçı tərəfindən cavablandırıldı.Təşkil olunmuş sərgi kiçik yaşlı oxucuların sevincinə səbəb oldu.

 

60.1 KB

 

71.3 KB