Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Aprel döyüşləri böyük zəfərin başlangıcıdır ”adlı şeir gecəsi keçirilib

04.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 04.04.22-ci il tarixində  tarixə dördgünlük müharibə kimi düşmüş  Aprel döüşləri ilə əlaqədar olaraq “Aprel döyüşləri böyük zəfərin başlangıcıdır ”adlı şeir gecəsi keçirildi. Tədbirdə Gəncə şəhər  Cəfər Cabbarlı adına 6№-li tam orta məktəbin bir qrup müəllim və şagirdləri  iştirak etdilər.Tədbir vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başladı. Şöbənin müdiri Ellada Rəhimova  tədbiri açıq elan edərək bildirdi ki, Azərbacan ordusunun qələbəsi ilə bitən 2016-cı ilin Aprel döyüşlərində  qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etdilər. Şanlı Azərbaycan bayrağını həmin torpaqlarda dalğalandırdılar. Bu baxımdan 2016-cı ilin 2-5 aprel tarixli döyüşləri daha bir qəhrəmanlıq nümunəsinə çevrildi. Bu tarixi qələbə Azərbacan əsgərinin qələbə əzminin yüksək olduğunu,d övlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Tədbirdə iştirak edən məktəbin təşkilat rəhbəri Bəşirova Reyhanə müəllimə və psixoloq  Rzayeva Gülmira çıxış edərək qeyd etdilər ki, tariximizə şanlı səhifə kimi yazılan Aprel döyüşləri xalqımızın ilk qələbə sevini oldu. Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı idi. Lələ təpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı və bununlada kənd bərpa olunaraq əhalinin yerləşdirilməsi başladı. Aprel döyüşlərindən sonra əli silah tutan hər bir vətəndaşımız işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübarizəyə tam hazır olduğunu bir daha nümayiş etdirdi. Bu birlik isə 2020-ci ilin sentabrın 27-də başlayan vətən müharibəsində düşməni əzən “Dəmiryumruğ”a çevrildi. Tədbirdə şagirdlər Aprel döyüşlərinə həsr olunmuş video-çarxa tamaşa etdilər, fotostendlə tanış oldular. Şagirdlər vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirdilər. VI sinif şagirdi Həsənov Tuncayın ifasında səslənən “Vətən yaxşıdır” mahnısı isə ürəkləri riqqətə gətirdi.

 

143.1 KB

 

85.1 KB

 

122.1 KB