Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Aprel Qəhrəmanları “ adlı onlayn görüş keçirilib

03.04.2022

02.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialının təşkilatçılığı ilə 2016-cı il Aprel döyüşlərinin 6-cı il dönümü münasibəti ilə “Aprel Qəhrəmanları “ adlı onlayn görüş keçirildi. 2016-ci Aprel döyüşlərində yüksək rütbəli şəhid Xüsusi Təyinatlı Qüvvələrin polkovniki Vüqar Yusifovun ailəsi ilə görüş təşkil olundu. Tədbirə başlamazdan öncə Vətən Uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxışlarda şəhidimizin Atası Nürəddin Yusifov , anası Validə Yusifova, bacısı Dünya Yusifova , qardaşı Pərviz Yusifov, həyat yoldaşı Lalə Əliyeva, Polkovnik Vüqar Yusifovun döyüş yolundan olan xatirələri ilə tədbir iştirkçıları ilə bölüşdülər. 4 aprel 2016-cı ildə “Aprel döyüşləri”ndə Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalan Şəhidimiz X üsusi Təyinatlı Qüvələrinin polkovniki Vüqar Yusifov... Vüqar Nurəddin oğlu Yusifov 02.11.1976-cı ildə Şəmkir rayonu Şiştəpə kəndində anadan olub. O, 1993-cü ildə 11-ci sinfi bitirərək Türkiyə Respublikasında Quru qoşunları Ali Hərbi Məktəbinə daxil olub, 1998-ci ildə həmin məktəbi bitirib, 1997-ci ildə leytenant rütbəsi alıb, 1997-ci ildən 1998-ci ilədək Türkiyənin İstanbul şəhərində piyada qoşunları üzrə ixtisası piyada məktəbində, 1997-ci il tarixindən Türkiyə Respublikası Egridir dağ komando məktəbində "Komando başlanğıç" kursunu kecib, Komando məktəbini azərbaycanlı müdavimlər arasında birinciliklə bitirib, 1998-ci ildən Türkiyə 18-ci zirehli briqadasında taqım komandiri vəzifəsində praktiki təcrübə kecib, Mudafiə Nazirinin əmrilə “N” saylı Xüsusi Təyinatlı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin olunub. Daha sonra Xüsusi Təyinatlı Qüvvələr kursunu keçib, qısa müddətdən sonra xidmətdə fərqləndiyinə görə Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri vəzifəsinə irəli çəkilib. Daha sonra 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olunub. Göstərdiyi qüsursuz xidmət komandanlıq tərəfindən qiymətləndirilib, Müdafiə naziri tərəfindən “Qüsursuz xidmətlərinə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub, daha sonra isə Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə təyin edilib. 2007-ci ildə Amerika Birləşmiş Ştatlarında "Fort Haucka" quru qoşunları bazasında Kəşfiyyat kapitanı təkmilləşdirmə kursunda, 2011-ci ildə isə Pakistanda Xüsusi təyyinatlı tekmilləşdirmə kurslarında iştirak edib. Azərbaycan ordusunda sayılıb seçilən kadrlardan olan polkovnik Vüqar Yusifov düşmənin diversiya hərəkətlərinin qarşısını dəfələrlə alıb. Düşmənin 2014-cü il avqustunda cəbhəyanı yaşayış sahələrimizə təxribatının qarşısın alınmasında isə xüsusi xidmətlər göstərib, komandanlığın əmrini qüsursuz icra edib. Şəhidimiz ailəli idi. Ayan, Aytən və Yusif adlı övladları Vətənə əmanətdir. Polkovnik Vüqar Yusifov Aprel döyüşlərində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə Ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Samux rayon Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova, Samux rayon MKS-nin direktor səlahiyyətlərini müvəqqəri icra edən Telli Nəsibova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova , Qarayeri klubunun müdiri Gunel Həsənova da çıxışlarında. Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən altı il ötməsindən . 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza ilk “ Zəfər” qığılcımını yaşatmasından danışıldı.

 

154.3 KB

 

113.9 KB

 

123.7 KB