Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Aprel döyüşləri bizim şanli qələbəmizdir”

04.04.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 04.04.2018-ci il tarixdə "Aprel döyüşləri bizim şanli qələbəmizdir" başlığı altında tədbir keçirilmişdir.

Kitabxananın şöbə müdiri Ellada Rəhimova iştirakşılara bildirdi ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri aprelin əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli dərsini verib, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisi azad edilib, minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçib və 23 ildən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşadıblar. Sonra isə tədbir iştirakçıları "Aprel döyüşləri bizim şanli qələbəmizdir" adlı fotostendlə tanış oldular. Fotostendə aprel döyüşlərində qəhrəmanlıq göstərmiş, yaralanmış, şəhid olmuş əsgər və zabitlərin fotoları yer almışdır. Tədbirin sonunda isə aprel döyüşlərini əks etdirən sənədli film təqdim olundu.