Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakürd kənd sakini 1-ci qrup Aprel Qazisi Razi Cavadovun ailəsini ziyarət edilib

02.04.2022

Bu gün Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Elçin Tağıyev Goranboy rayon Balakürd kənd sakini 1-ci qrup Aprel Qazisi Razi Cavadovun ailəsini ziyarət edib.
Ziyarətdə Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaradağlı kənd Folklor evinin bədii-rəhbəri,2-ci qrup Aprel qazisi İlham Eliyev, Vətən Müharibəsi Qazisi Rəşad Kazımov, Qarabağ Əlilləri Cəmiyyətinin sədri Orxan Əliyev və Çernobıl əlilləri cəmiyyətinin filial müdiri Namiq Məmmədov iştrak etmişdir.
Görüşdə ilk öncə Elçin Tağıyev Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından Qazi ailəsini salamlamış və ona möhkəm can sağlığı arzulamışdır.
 Aprel ayının 1-də Azərbaycan Ordusu düşmənin 20 ildən artıq müddətdə formalaşdırmış olduğu mifi darmadağın etdi. “Cəbhənin Füzuli-Cəbrayil istiqamətində Lələtəpə yüksəkliyinin işğaldan azad olunması bu gün üçün böyük qayıdışın başlanğıcı oldu. Mənim mənsub olduğum Xüsusi Təyinatlı Qüvvələrin döyüşdüyü Ağdərə, Goranboy, Tərtər istiqamətində 6 yüksəklik, eləcə də 21 düşmən postunun darmadağın edilməsi ilə Tapqaraqoyunlu kəndi, eləcə də bir neçə yaşayış məntəqələri birbaşa düşmən atəşindən qorundu. Təbii ki, Aprel döyüşləri xalqımızın, ordumuzun qələbəsi ilə başa çatdı. Bizdən fərqli olaraq düşmən tərəfində bir çox generallar ordu sıralarından qovuldu, ölkədə siyasi hakimiyyət çevrilişi baş verdi”. 
E.Tağıyev qeyd edib ki, Aprel döyüşləri ilə xalq-dövlət birliyi ən yüksək səviyyədə dünyaya nümayiş etdirildi.
Qarabağ qazisi Razi Cavadov  vurğulayıb ki, Aprel döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb: “Aprel döyüşləri tezliklə qələbə qazanacağımız, torpaqları azad edəcəyimiz ümidini insanlara gətirdi. Nəticədə 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurduq, indi bütün şəhidlərimizin ruhu şaddır. Aprel döyüşlərinə Ordumuzun 3-5 faiz bölməsi cəlb olunub, düşmənin ön xətti yarılmışdısa, Ali Baş Komandanın döyüş əmri ilə tam heyətin bir neçə həftəyə torpaqlarımızı işğaldan azad edəcəyinə əmin idik. Təbii ki, belə oldu. Rəşadətli Ordumuz torpaqları azad etdi.
 İşğaldan azad edilən torpaqlarımızın hər bir qarışında şəhidimizin, qazimizin qanı olduğunu deyən Aprel qazisi tezliklə həmin torpaqlarda olmaq istədiyini qeyd edib.
 Dövlətimiz yenidənqurma, bərpa işlərinə başlayıb və biz Böyük Qayıdışın əsnasındayıq. Bu gün Qarabağda ərazilər minalardan təmizlənir. Hər birimizin arzusudur ki, öz torpaqlarımıza gedək və dədə-babalarımızın qəbirlərini ziyarət edək, oranı yenidən quraq deyə Qazi R.Cavadov bildirmişdir.
Biz gənclərin üzərinə tarixi missiya düşür ki, yenidənqurma və bərpa işlərində xalq olaraq birlik nümayiş etdirək, dövlətimizə dəstək olaq. 
Qarabağı yenə cənnətin bir güşəsinə çevirək” deyə Elçin Tağıyev vurğulamışdır.
Sonda Qazi Razi Cavadova 8 Noyabr Zəfər Günü Xarı Bülbülün xatirə tablosu təqdim edilmişdir.

 

145.3 KB

 

161 KB

 

91.5 KB