Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kəlbəcər təbiətin möcüzəsidir” başlığı altında onlayn tədbir keçirilib

02.04.2022

01.04.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq  Şöbəsi Kəlbəcər rayonun işğal olunmasının 29-cu il dönümü ilə əlaqədar olaraq “Kəlbəcər təbiətin mövüzəsidir” başlığı altında onlayn tədbir keçirildi. Tədbirdə Uşaq Şöbəsinin müdiri Qasımova Günel çıxış edərək Kəlbəcər işğalı haqqında məlumat verdi. Tədbirdə I-ci Qarabağ Müharibəsinin iştirakçıları N saylı hərbi hissənin keçmiş batalyon kamandiri Balay Nəsibov, yazıçı jurnalist Elxan Salahov, şəhid Şahin  Çıraqov adına Kəlbəcər rayon 36 saylı tam orta məktəbin hərbi rəhbəri Qismət Allahverdiyev, Gəncə şəhəri 24 saylı tam orta məktəbin müəllimi Dürdanə Quliyeva, təqaüdçü müəllim Şirin Dadaşova çıxış edərək bildirdilər ki, siyasi böhran və xarici havadarlarının gücü ilə erməni silahlı qüvvələri aprel ayının 2-si 1993-cü ildə Kəlbəcərə bir neçə istiqamətdən hücuma keçdilər. Kənardan rayon əhalisi köməksiz qalmışdı, əhali faciə içərisində idi, 60 minlik əhali mühasirədə qalmışdı.Yeganə qurtuluş yolu Murovdağ silsiləsi idi. Həmin gün Murovdağ silsiləsinə bəzi yerlərinə 70 sm, bəzi yerlərdə isə 1 m-ə yaxın qar yağmışdı. Qarın yağması vəziyyəti daha da çətinləşdirmişdi. Rayon əhalisi uşaqları,qocaları,xəstələri necə xilas etmək yolunu bilmirdilər. Bu faciədə erməni faşistləri bir neçə yüz nəfəri öldürdülər,bir neçə yüzünü əsir götürdülər. Erməni faşistləri rayonu talan edib, yandırdılar. Rayon ərazisində olan tarixi-memarlıq abidələrini,binaları,evləri dağıdıb məhv etmələrindən, Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək torpaqlarımızın işğaldan azad olunmasından danışdılar.

 

84.3 KB

 

66.5 KB