02.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar olaraq “Kitabsız bir ömrün nə mənası var?!” başlığı altında tədbir keçirtdi. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. Qeyd etdi ki, 2 Aprel Beynəlxalq Uşaq Kitabı Günüdür. Və bu münasibətlə bütün uşaq ədəbiyyatı yaradıcılarını, təbliğ edənləri, uşaq ədəbiyyatı oxucularını təbrik etdi.
Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra söz çıxışçılara verildi. Tədbirdə Müasir Azərbaycan yazıçısı, jurnalisti, dramaturqu, publisisti Nüşabə Əsəd Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Aləmzər Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İnqilab İsaq, 33 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xuraman Tarverdiyeva, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova, Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Gülnaz İsgəndərova çıxış etdilər. Tədbirə II Qarabağ müharibəsi Gəncə şəhidlərinin ailə üzvləri, övları xüsusi olaraq dəvət olunmuşdular. Vətən müharibəsi şəhidi Cavadov Canların oğlu Cavadov Cavid “Şuşa, sən azadsan!” şeirini söylədi. Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri kitaba həsr olunmuş şeirlər, aforizmlər söylədilər. Dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin kəlamları ilə çıxışlarını yekunlaşdırdılar. Məktəblilər suallarla çıxışçılara müraciət etdilər. Tədbirin sonunda şəhid övladlarına uşaq ədəbiyyatı nümunələri hədiyyə olundu. 15 filialın müdir əvəzi Şəhla İlyasova hər kəsə öz minnətdarlığını bildirib tədbiri yekunlaşdırdı. İştirakçılar birlikdə xatirə şəkli çəkdirdilər.