02.04.2022
01.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin və Samux rayon Sərkar kənd tam orta məktəbin şagirdlərinin iştirakı ilə "Zəfərin ilk toxumu-Aprel savaşı" mövzusunda tədbir keçirildi. Aprel şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova ll Qarabağ savaşında Zəfərimizin ilkin toxumu olan 4 günlük Aprel savaşının Qarabağ düyünün açıldığı ilk nöqtə, xalqın iradə və əzminin daha da möhkəmlənməsində əvəzsiz rol oynadı. Lələtəpə Zəfərə boylanan ilk yüksəklik olduğunu qeyd etdi. O eyni zamanda Samux rayonundan olan və mülkü şəhid sayılan Fərman Əsədlinin şücaətindən eyni zamanda şəhidlik zirvəsinə ucalmasından geniş şəkildə bəhs etdi. Daha sonra söz şəhid Fərman Əsədlinin atası Elçin Əsədova verildi. O, şəhid atası olmağın nə qədər çətin olması ilə yanaşı böyük fəxarət hissi verməsindən, ll Qarabağ savaşı zamanı qazanılmış Zəfərin bütün şəhidlərimizin ruhunun şad olmasından, şəhid valideynləri üçün qürur hissi olmasından danışdı. Məktəblilərə şəhid Fərman Əsədlinin keçdiyi qısa lakin şərəfli yolundan bəhs etdi.
Çıxışı davam etdirən Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Samux nümayəndəliyinin direktoru Kamil Məmişov Aprel savaşlarının tariximizdə yaratdığı dönüş nöqtəsindən, əsgərlərimizin şücaətindən söhbət açdı.
Tədbir disskusiya şəklində davam etdirildi.