01.04.2022
1 aprel 2022-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü"nə həsr edilmiş "Kitabların uşaqların həyatında rolu" başlıqlı sərgi keçirdi. Sərgini filialın kitabxanaçısı Mehriban Məmmədzadə açdı, 2 Aprel Beynəlxalq Uşaq Kitabı Gününün yaranması haqqında sərgi iştirakçılarına ətraflı məlumat verdi. İlk öncə kitabxanaçı onu da qeyd etdi ki, "Uşaq kitabları tərbiyə üçün yazılır, tərbiyə isə böyük işdir. O, insanın taleyini həll edir". Hər bir ata -ananın uşağa verə biləcəyi ən böyük hədiyyəsi mütaliə və kitaba sevgisi olmalıdır. Kitab uşaqlarda düşüncə tərzinin, təfəkkür və estetik zövqün formalaşmasında, vətənpərvər ruhda tərbiyə olunmasında, özünə və insanlığa faydalı böyüməsində mühüm rol oynayır.
Sərgidə 200 -ə qədər 3 dildə kitab nümayiş etdirildi: Azərbaycan nağılları cildləri, Azərbaycan uşaq ədəbiyyatı antologiyası, Nizami Gəncəvinin "Slavyan gözəlinin hekayəti " , Azərbaycan xalq nağılı "Sehrli sünbül ", Dünya uşaq ədəbiyyatları, rus, ingilis dillərində və sair kitablar nümayiş etdirildi.
Sonda kitabxanaçı uşaqlara hər gün mütailə ilə məşğul olmağı tövsiyə etdi. Çünki cəmiyyət və dövlətimiz üçün bilikli, intellekt, ünsiyyət təcrübəsi və şəxsi yaradıcılığı olan insanların çox böyük əhəmiyyəti var. Biz kitabxanaçılar isə bu yolda hər zaman sizlərə istiqamət verməyə hazırıq.