01.04.2022
01.04.2022-ci ildə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Qarayeri qəsəbə kitabxana filialı Beynəlxalq Uşaq Kitabı günü münasibəti ilə” Danışan nağıllar” adlı Qarayeri qəsəbə 1 saylı uşaq baxçası, körpələr evində nağıl saatı təşkil etdilər.Qarayeri kitabxana filial müdiri Samirə Məmmədova baxcada böyük qrupların körpə fidanlarına Beynəlxalq Uşaq Kitabı günü haqda məlumat verdi və kitabxanadan gətirdiyi kitab və uşaqlar üçün jurnalları uşaqlara təqdim etdi.” Ovcu Qasım”, “Çöl quşları”,”Xoruz”,”Çeşmək”,”İlin fəsilləri”,”Dovşan-oğlan” kitablarından nağıllar oxudu. Körpə fidalnarın nağıllara olan həvəslərini dahada artırdı.