Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Balacaların kitab sevinci” başlığı altında  sərgi  keçirilib

01.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 01.04.2022 - ci il tarixdə 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar "Balacaların kitab sevinci" başlığı altında  sərgi  nümayiş olundu.Tədbirin aparıcısı  kitabxanaçı Vüsalə Mustafayeva bildirdi ki, "Beynəlxalq Uşaq Kitabı Günü" bütün dünyada qeyd olunur və bu günün yaranması haqqında məlumat verdi.Sərgidə müxtəlif mövzuda son illər nəşr olunan Azərbaycan,rus və xarici dillərdə 50-ə yaxın uşaq ədəbiyyatı nümayiş olundu.Tədbirin sonunda kitabxanaçı bildirdi ki,məqsəd uşaqların son illərdə ölkəmizdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış edilməsi,kitaba,mütaliəyə həvəslərinin artırılması,habelə milli dəyərlərimizi yaşatmaqdır.Tədbirdə 15 -dən çox kiçik yaşlı oxucularımız iştirak edirdi.

 

179.2 KB

 

105.1 KB