Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq uşaq kitabı günü ilə əlaqədar kitab sərgisi təşkil edilib

01.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 01.04.2022-ci il tarixində Beynəlxalq uşaq kitabı günü ilə əlaqədar  “Kitablarla dünyanı səyahət edək” , “Kitab varsa sən tək deyilsən”, “Sehrli nağıllar silsiləsindən” və s. başlıqlar altında kitab sərgisi təşkil edildi.Tədbirdə 26№-li fizika-riyaziyyat və informatika təmayüllü məktəbin şagirdləri iştirak etdi. 
Şöbənin  kitabxanaçısı Kifayət Sadıqova  iştirakçıları salamlayadı və əlamətdar günün eləcədə, sərginin əhəmiyyətindən məlumat verərək bildirdi ki, 2 Aprel tarixi uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş məşhur Danimarka yazıçısı H.X.Andersenin döğum günü ilə bağlıdır. Sərgini keçirtməkdə əsas məqsəd uşaqları mütaliəyə cəlb etmək, onların İntelektual inkişafında kitabın rolunu yüksəltmək və dünya ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Tədbirin sonunda iştirakçılar H.X.Andersenin “Çirkin ördək balası” və “Düyməcik nağılına tamaşa etdilər. 
 

 

74.1 KB

 

130.8 KB

 

86.2 KB