01.04.2022
01.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Kəlbəcər rayonunun işğaldan azad olunması ilə bağlı "Kəlbəcərin qaytarılması Azərbaycanın tarixi qələbəsidir" adlı dəyirmi masa təşkil olundu.
Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açaraq iştirakçıları salamladı və Vətən uğrunda Şəhidlik zirvəsinə ucalan Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.O, qeyd etdi ki, Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi.Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir.Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir.Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olmuşdur.Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş,tarixi abidələrə,təbiətə böyük ziyan vurulmuşdur.
Sonra çıxış üçün söz Mədəniyyət Mərkəzinin metodisti Namazova Nurcahana verildi.O,bildirdiki Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi.Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla azad etdi.
Daha sonra çıxış üçün söz Mədəniyyət Mərkəzinin metodisti Bağırova Səadətə verildi.Bildiyimiz kimi noyabrın 20-də Azərbaycan Ağdami, Noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarət altına keçirdi.Kəlbəcərdə Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təstiqidir.