Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şair , dramaturq Rəsul Rza yaradıcılığına səyahət “ adlı  biblioqrafiq icmal keçirilib

01.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Abonement şöbəsində  01.04 2022 –il tarixdə “Şair , dramaturq Rəsul Rza yaradıcılığına səyahət “ adlı  biblioqrafiq icmal keçirildi.  Tədbiri açan kitabxanaçı Səbinə Piriyeva yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verdi və  Rəsul Rzanın Azərbaycan poeziyasının görkəmli simalarından biri olğunu , qədim zamanlardan bəri ənənə halını almış şer formalarından fərqli olaraq  Azərbaycan poeziyasına yeni şer forması gətirdiyini bildirdi.  

Həmçinin  fikir və zəka şairi olğunu,  dolğun ideya və dərin məzmun onun şerlərinin əsasını təşkil etdiyinin oxucuların nəzərinə çatdırdı.
  Sonda kitabxanaçı  kitablarında şerin dil elementini, ölçü, qafiyə elementini yeniləşdirən, zənginləşdirən latın və kiril  qrafikalı   kitabları haqqında oxuculara məlumat verdi və oxumalarını  tövsiyə etdi.
Tədbirdə kitabxananın fəal oxucuları iştirak edirdi.

 

99.2 KB

 

99.2 KB