02.04.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 2 Aprel Beynəlxalq Uşaq Kitabı gününə həsr olunmuş H. X. Andersenin nağılları əsasında Andersenin "Noxud üstündə yatan şəhzadə qız ",”Düyməcik”, “Çirkin ördək balası”, “Bülbülün nağılı” başlığı altında nağıl saatı keçirildi.
Şöbənin kitabxanaçısı Kifayət Sadıqova ilk öncə Uşaq Kitabxanasına qonaq gələn məktəblilərə Beynəlxalq Uşaq Kitabı günü haqqında ətraflı məlumat verdi. Bildirdi ki,məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olmuşdur. Beynəlxalq Uşaq Kitabı gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lerman təklif etmişdir. 1967-ci ildən başlayaraq uşaq kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarıyla 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Kitabı günü kimi qeyd olunmağa başlayıb. Sonra Kifayət xanım H.X. Andersenin "Noxud üstündə yatan şəhzadə qız " nağılını uşaqlara oxudu. Nağıla diqqətlə qulaq asan uşaqlar tədbiri maraqlı müzakirələrlə daha da canlandırdılar. Sonra uşaqlar hərəsi öz bildiyi nağıldan bir parça danışdılar. Tədbirin sonunda şagirdlər kitabxanada olan maraqlı nağıl kitabları ilə tanış oldular və H.X.Andersenin " Çirkin ördək balası" cizgi filminə tamaşa etdilər. Tədbirdə Şəmkir şəhər məktəbliləri iştirak etdilər.