01.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 01.04.2022-ci il tarixində Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə birlikdə 2 aprel Beynəlxalq Uşaq kitabı günü münasibətilə “Kitablar sənin etibarlı dostundur” adlı kitab sərgisi təşkil etdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdi və 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Qans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edildiyini bildirdi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin psixoloqu Qətibə Mustafayeva bu əlamətdar günün qeyd olunmasında məqsədin cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etmək olduğunu vurğuladı. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva Beynəlxalq Uşaq Kitabı Gününün ölkəmizdə də qeyd olunduğundan danışdı. Azərbaycan dili ədəbiyyat müəlliməsi Züleyxa Mirzəyeva bu günkü kitab sərgisinin uşaqların inkişafında böyük rolu olacağını bildirdi. Sərgidə Azərbaycan ədəbiyyatı inciləri ilə yanaşı dünya ədəbiyyatı yazarlarının əsərləridə nümayiş edildi. Sərgi iştirakçıların böyük marağına səbəb oldu.