Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bütöv bir millətə yönəlmiş soyqırım planı” başlığı altında anım günü keçirilib

31.03.2022

 

31.03.2022 ci il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon MKS-nın Yuxarı Ağasıbəyli kənd kitabxana filialı Yuxarı Ağasıbəyli kənd tam orta məktəbində"Bütöv bir millətə yönəlmiş soyqırım planı" başlığı altında anım günü keçirildi. Tədbiri giriş sözü ilə Yuxarı Ağasıbəyli kənd kitabxana filialının müdiri İsayeva Abidə açaraq ilk öncə soyqırıma məruz qalmış soydaşlarımızın və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edildi. Çıxışında qeyd etdi ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı faciələr və soyqırımlar müsibətlərlə dolu səhifələrdə yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918 ci ilin mart aprel aylarında yaşanmışdı. 1918 ci il mart soyqırımlar öz amansizligina və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 mine yaxın azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan itkin düşmüşdür. Ellerine düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demeden minlərlə insanı qılıncdan sungudən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri və digər tarixi abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanın soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, Gəncə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazidə dinc əhali kütləvi surətdə qətlə yetirildi. Şəhər və kəntlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.Sonra 31Mart Soyqırımının tarixi haqqında məktəbin 9 a sinif şagirdləri danışdılar.

 

93.6 KB