Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Soyqırımı dünyaya tanıdaq” başlığı altında məsafəli dəyirmi masa keçirilib

31.03.2022

31.03.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Ziyadlı kənd kitabxana filialı 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar "Soyqırımı dünyaya tanıdaq" başlığı altında məsafəli dəyirmi masa keçirildi. Dəyirmi masada Ziyadlı kənd Sənətkarlıq evinin işçiləri və İcra nümayəndəliyi iştirak etmişdir. Tədbiri kitabxana müdiri Laləzar Məmmədova açaraq bildirdi ki, 1918-ci il martın 31-də Azərbaycanda törədilən soyqırımından 104 il keçir. Bu hadisədən zaman baxımından uzaqlaşdıqca ona yenidən nəzər yetirmək və müvafiq ibrət dərsləri almaq ehtiyacı yaranır. Sonra söz İcra nümayəndəsi Kəpəz Qəmbərova verildi. O, çıxış edərək bildirdi ki, əlverişli coğrafi-siyasi mövqedə yerləşən Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Sonra söz İcra nümayəndəsi Elvin Quliyevə verildi. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələrinin üzə çıxmasını bildirdi. Sonra söz Ziyadlı kənd Sənətkarlıq evinin müdiri Ülviyyə Tağıyevaya verildi. O da öz növbəsində çıxış edərək bildirdi ki, borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşamağa çalışmaqdır. Sonda söz kitabxana işçisi Quliyeva Aygünə verildi. 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

 

40.5 KB

 

57.1 KB