31.03.2022
31.03.2022- ci il tarıxində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS -nın Qovlarsarı kənd kitabxana filialı, Qovlarsarı kənd klubunun iştirakı ilə "31 Mart Soyqrım" adlı dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə filialının müdiri Nəzmiyə Xəlilova açdı və bir dəqiqəlik sükutla Azərbaycan torpaqları uğrunda şəhid olmuş soydaşlarımızı yad etdik, sonra erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqrımı haqqında danışdı.Qovlarsarı klubunun mədəni kütləvi təşkilatçısı Etibar Aslanova 1918 - ci ildə Azərbaycan xalqının başına gətirilən fasilələr haqqında danışdı. Kitabxanaçı Aytən Həsənova 1998 - cı il martın 26 da prezident H.Əliyevin" Azərbaycanlıların soyqrımı haqqında "fərman imzalanması və həmin gündən 31 mart azərbaycanlıların soyqrımı günü kimi qeyd olunması haqqında danışdı.Tədbirin sonunda soyqırıma aid kitab və qəzetlərə baxış keçirildi.