Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yaddaşımızdan silinməyən soyqırım” adlı ənənəvi tədbir keçirilib

31.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Seyidlər kənd kitabxana filialı və Seyidlər kənd tam orta məktəbi ilə birgə 31 mart tarixində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Yaddaşımızdan silinməyən soyqırım” adlı ənənəvi tədbir keçirdi. Tədbirdə 31mart soyqırımında həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Seyidlər kənd kitabxana filialının müdiri Məmmədova Xatirə öz çıxışında qeyd etdi ki,31mart soyqırımı xüsusi qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərilə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər.Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır. Biz birlikdə və güclü olanda hədəflərimizə çatırıq. Necə ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi atlında qazanılan qələbə bu formulu bir daha təsdiq etdi. Tədbirdə çıxış üçün Seyidlər kənd tam orta məktəbin direktoru Məmmədova Firduza söz verildi.O bildirdi ki, xalqımızın başına gətirilən müsibətlərin ardı-arası kəsilməyib. Demək olar ki, hər ay üçün bir və ya bir neçə matəm günlərimiz vardır. Bunlardan biri də 31 Mart Soyqırım günüdür. Hər il məktəblərdə və bir çox müəssisələrdə matəm tədbirləri təşkil olunur. 31 mart soyqırımı haqqında şeir, mahnılar oxunur şəhidlərimiz yad edilir.Bugün Seyidlər kənd kitabxana filialı və Seyidlər kənd tam orta məktəbi birlikdə 31mart Azərbaycanlılarının Soyqırımı Gününə həsr olunmuş tədbir keçirir.Şəhidlərimizi dərin hüznlə yad edirik və ailələrinə başsağlığı veririk.Vətən sağolsun! Daha sonra Seyidlər kənd tam orta məktəbin Tarix müəllimi Mehdiyeva Sübhanə 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Tədbir məktəb şagirdlərinin şeir və çıxışları ilə yekunlaşdı.

 

103.6 KB

 

89.9 KB

 

63.3 KB