31.03.2022
31.03.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 31 Mart “Tariximizin qanlı səhifəsi” adlı dəyirmi masa keçirildi.
Tədbir Samux rayon M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin və Samux rayon rayon Səhrəddin Əliyev adına 2 saylı tam orta məktəbin şagirdləri ilə birgə keçirildi.
Uşaq şöbəsinin müdiri Venera Məmmədova uşaqları salamladı və sözü Kitabxananın direktoru Telli Nəsibovaya verdi.Telli xanım uşaqlara Azərbaycanın soyqırımının tarixi haqqında geniş məlumat verdi.
Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı ,faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918- ci ilin mart- aprel aylarında yaşanmışdır. 1918- ci il mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı facıələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq,qoca, qadın demədən minlərlə insanı qılıncdan ,süngüdən keçirdilər, diri- diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri ,məscid və digər abidələri dağıtdılar.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı.Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26 da Azərbaycanın soyqırımı haqqında imzaladığı tarixi Fərmanı ilə 31 Mart “Azərbaycanın Soyqırımı Günü” kimi qeyd edildi.
Soyqirim qurbanlarını yad etmək uşaqdan- böyüyə hər kəsin vətəndaşlıq borcudur.