31.03.2022
31 Mart 2022-ci il tarixində Gəncə şəhər Mədəniyyət Mərkəzi Yaradıcılıq evində 31 Mart Azərbaycanlıların soyqrım günü ilə əlaqədar “Tarixin silinməyən izləri “adlı dəyirmi masa keçirildi.
Tədbiri Yaradıcılıq evinin müdiri Əliağa Zeynalov açaraq qeyd etdi ki,ötən əsrdə mənfur erməni cəlladları Azərbaycanlılara qarşı dörd dəfə soyqrım törətmişlər .XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş soyqırım zamanı iki milyona yaxın Azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş ,öz yurdlarından zorla qovulmuşdur.
Tədbirdə Bağmanlar qəsəbə sakinləri və Mərkəzləşdirilmiş kitabxana sisteminin 4 saylı kitabxana filialının əməkdaşları iştirak etmişdir.