Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Tarixdən silinməz qanlı yaddaşımız ” adlı dəyirmi masa keçirilmişdir ” .

31.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbi 31 mart 2022-ci il tarixində Dünya Azərbaycanlılarının soyqırımı münasibətilə “ Tarixdən silinməz qanlı yaddaşımız ” adlı dəyirmi masa keçirmişdir ” .

İlk öncə şəhadətə ucalmış şəhidlərimizin ruhları 1 dəqiqlik sükutla yad edilmişdir.

Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin dərs hissə müdiri Rüstəmova Yeganə çıxışında bildirdi ki , 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

Erməni vandalizmi tarixlərcə davam etmiş ,  Xocalılara qarşı törədilmiş qətliamı da  bu vəhşiliyi  bir daha  sübut etmişdir . Bu vəhşiliklərə dünya susmamalı və biz haqq səsimizi  bütün dünyaya çatdırmalıyıq ,deyərək çıxışında bildirmişdir .

 

43.1 KB