31.03.2022
31.03.2022-ci il tarixdə Xocalı rayon Kosalar kənd icra nümayəndəliyi, Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi,Kosalar kənd Mədəniyyət evi və Mədəni-maarif müəssisələrinin birgə təşkilatçılığı ilə qəsəbədə ucaldılmış soyqırımı abidəsi önündə 31 Mart "Unudulmaz faciə" adlı tədbir keçirildi.Xocali rayon Kosalar kənd icra nümayəndəsi Şahid Rzayev 31mart soyqırımı haqqında geniş məlumat verdi.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra Yaloba kənd Kitabxanasının müdiri Əsgərova Yeganə məruzə ilə çıxış etdi.Tədbirin sonunda abidə önünə gül dəstələri qoyuldu.