31.03.2022
31.03.2022-ci il tarixdə Goranboy rayon Mədəniyyət Mərkəzinin və rayon Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Goranboy rayon Heydər Əliyev Mərkəzində 31 Mart-İnsanlığa qarşı törədilmiş cinayətdir adlı mühazirə-söhbət keçirilmişdir. Tədbirdə 31 Mart Soyqırımını özündə əks etdirən fotoşəkillər nümayiş etdirilmiş, Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə baş məsləhətçisi cənab Gündüz Hacıyev və rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev , rayon Dövlət Rəsm Qalereyasının direktoru Çinarə Abdullazadə Soyqırım haqqında ətraflı çıxışlar etmişlər.Tədbirdə Goranboy rayon Mərkəzi Kitabxana Sistemi və Rayon Tarix Diyarşünaslıq muzeyidə iştirak etmişdir.