Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kəlbəcər rayonunun işğalının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi

02.04.2018

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon Mədəniyyət sarayında Kəlbəcər rayonunun işğalının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Tədbirdən əvvəl Kəlbəcər şəhidlərinin xatirə kompleksi ziyarət edildi, sonra isə fotostend, əl işləri və sərgilərə baxış keçirildi.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov çıxış etdi.

Kəlbəcər rayonunun işğalına həsr olunmuş film nümayişi oldu. Filmin nümayişindən sonra çıxışlar davam etdi.

Kəlbəcər rayon ictimayyəti nümayəndələrinin BMT-nin Təhlükəsizlik şurasına müraciəti səsləndirildi.

Sonra isə ədəbi-bədii kompozisiya, şeirlər, xor kollektivinin çıxışları təqdim olundu.

Kəlbəcər rayonunun işğalının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi başa çatdı.