31.03.2022
31.03.2022-ci il tarixində Mir Cəlal Paşayev Ev Muzeyində 31 mart 1918- ci il soyqırım gününə həsr olunmuş dəyirmi masa təşkil olundu.
Tədbirdə muzeyin kollektivi , AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova və üzvləri iştirak etdilər.
Tədbir Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın ruhunun yad edilməsi ilə başladı.
Giriş sözü ilə muzeyin direktoru İradə İbayeva çıxış etdi. Sonra AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova , muzeyin bələdçisi Dilbər Orucova çıxış edərək soyqırımın Azərbaycan xalqının başına gətirilən ən böyük fəlakətlərdən biri olduğunu , bu soyqırımda on beş mindən çox azərbaycanlının qətlə yetirildiyini , on mindən çox insanın itkin düşdüyünü bildirdilər. Sonda muzeyin Elmi işçisi B.Səadət "31 mart soyqırımı adlı" mühazirə oxudu.