31.03.2022
31 Mart-Azərbaycanlıların soyqrımından 104 il ötür. Bununla bağlı İsrafil Məmmədov ev muzeyində tədbir keçirildi.Əvvəlcə soyqrım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə muzeyin əməkdaşları, İsmət Qayıboy adına 1saylı orta məktəbin təşkilatçısı Ləman xanım və 7b sinif şagirdləri iştirak etdilər.Muzeyin elmi işçisi Cəfərova Aidə tədbir iştirakçılarını ermənilərin Azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barəsində məlumatlandırdı.Muzeyin bələdçisi Babayeva Aynur tədbir iştirakçılarını muzeylə tanış etdi.Şagirdlər şəhidlər haqqında şerlər söylədilər.