Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tarixi yaddaşımızdan silinməyən soyqırım” başlığı altında dəyirmi masa keçirilib

31.03.2022

31.03.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Ziyadlı kənd Sənətkarlıq evində 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar "Tarixi yaddaşımızdan silinməyən soyqırım" başlığı altında məsafəli dəyirmi masa keçirildi. Dəyirmi masada MKS-nin Ziyadlı kənd kitabxana filialı işçiləri və İcra nümayəndəliyi iştirak etmişdir. Tədbiri Sənətkarlıq evinin müdiri Ülviyyə Tağıyeva açaraq bildirdi ki, 1918-ci il martın 31-də Azərbaycanda törədilən soyqırımından 104 il keçir. Bu hadisədən zaman baxımından uzaqlaşdıqca ona yenidən nəzər yetirmək və müvafiq ibrət dərsləri almaq ehtiyacı yaranır. Sonra söz İcra nümayəndəsinin müavini Elvin Quliyevə verildi. O, çıxış edərək bildirdi ki, əlverişli coğrafi-siyasi mövqedə yerləşən Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Tədbirin davamında söz İcra nümayəndəsi Kəpəz Qəmbərova verildi. O çıxış edərək qeyd etdi ki, bu günkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşamağa çalışmaqdır.

 

44.6 KB

 

47.2 KB

 

51.2 KB