Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Erməni terrorunun izləri  ”  başlığı altında anım günü keçirilib

31.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 31.03.2022-ci il tarixində  31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Erməni terrorunun izləri  ”  başlığı altında Gəncə şəhər Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə  birlikdə anım günü keçirdi.Tədbiri  4  saylı məktəbin  direktoru Əliağa Səfərəliev açıq elan etdi  və 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar ”Unudulmaz qan yaddaşımız” başlığı altında  çıxış etdi. Daha sonra 1 saylı kitabxananın müdiri  Məlikova Züleyxa  “Erməni terrorunun izləri” başlığı altında öz fikirlərini söylədi.Gəncə şəhər 4 saylı məktəbin Uşaq Birliyinin Rəhbəri Məmmədova Səadət  “Unutmadıq, unutmarıq” başlığı altında, 4 saylı tam orta məktəbin Azərbaycan dili müəllimi Pənahova Gülmira “Soyqırım insanlığa qarşı amansız cinayətdir”, 4 saylı məktəbin ədəbiyyat müəllimi Məmmədova Fəridə “Talan olan millətim”, 4 saylı məktəbin tarix müəllimi İmamquluyeva Firuzə” Azərbaycan tarixinin qan yaddaşı” başlığı altında   çıxışlar etdilər. 1 saylı kitabxananın fəal oxucuları  Elnur Səfərlinin “31 Mart soyqırımının ildönümü”,  Əliyev Rəsulun “Unudulmaz Faciəmiz” adlı çıxışları dinlənildi. Daha sonra 4 saylı məktəbin  dil-ədəbiyyat müəllimi Mirsaquliyeva  Aytən “Erməni vəhşiliyi ” başlığı altında çıxış etdi.Tədbirdə 1saylı kitabxananın təşkil etdiyi “Erməni terrorunun izləri” adlı sərgi təşkil edilmişdi.Sərgi ilə iştirakçıları  1saylı kitabxananın müdiri Məlikova Züleyxa tanış etdi. Təbirin sonunda 1 saylı kitabxananın fəal oxucusu Zülqədərova Aidə 31 mart-Azərbaycanlıların soyqırımı haqqında film nümayiş etdirdi. Azərbaycan xalqı erməni vandalları tərəfindən törədilən  bu vəhşilikləri heçvaxt yaddan çıxartmayacaq.

 

76.5 KB

 

81 KB

 

76.3 KB