Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın sağalmayan illərinin yarası”başlıqlı sərgi keçirilib.

31.03.2022

Gəncə Regional Mədəniyyət  İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6saylı kitabxana filialı 31.03.2022 ci il tarixində 31 mart Azərbaycanlıların Soyqrımı  Günü ilə əlaqədar "Azərbaycanın sağalmayan illərinin yarası"başlıqlı sərgi təşkil etdi.Tədbir Ismət Qayıbov adına 1saylı tam orta məktəbin kitabxanasında, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Kitabxananın müdiri Məryam Məmmədova təbrik iştirakçılarını salamladı və mart soyqrımları haqqında məlumat verdi.Sonra məktəbin kitabxanasının müdiri  Xəyalə  Isgəndərova qeyd etdi  ki,soyqrımlar zamanı 12 minə yaxın azərbaycanlı qətlə yetirilmişdir.Sonda kitabxanaçı Günel Namazova sərgidə olan soyqrım kitabları haqqında məlumat verdi.Tədbirdə iştirak edən gənclərin soyqrım aid kitablarla bağlı  sualları cavablandırıldı.

 

101.9 KB

 

86 KB

 

94.8 KB