Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Soyqırım unudulmaz tariximiz!” mövzusunda onlayn tədbir keçirilib

31.03.2022

30.03.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Quba şəhərində "Soyqırımı Memorial Kompleksi", Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "31 Mart Azərbaycanlıların soyqırımı günü" ilə əlaqədar olaraq "Soyqırım unudulmaz tariximiz!" mövzusunda onlayn tədbir keçirildi. Tədbirdə regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Sumqayıt, Naftalan,Oğuz, Hacıqabul) direktor və əməkdaşları, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və filiallarının nümayəndələri həmçinin digər qonaqlar iştirak etmişdir.

Tədbir qətliam qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova zaman -zaman erməni qəsbkarları və havadarları tərəfindən xalqımıza qarşı törədilmiş qətliamların tarixindən danışdı. 1918-ci ildə qətliamlar yalnız müasir Azərbaycan dövləti daxilində deyil həmçinin tarixi torpaqlarımız olan Urmiya da da törədildiyini vurğuladı. Urmiyada soydaşlarımıza qarşı törədilmiş qətliam miqyasına görə bütün türk dünyasında ən böyük qətliam sayıldığını qeyd etdi.

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin bələdçisi Aysu Bülbülzadə kütləvi məzarlıqların aşkarlanmasından sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən kompleksin yaradılmasından, həmçinin qanlı keçmişimizi özündə əks etdirən bu unikal muzeyin açılışında şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etməsindən bəhs etdi. Öz işinin vurğunu və peşəkarı olan muzeyin bələdçisi Aysu Bülbülzadə eyni zamanda muzeyi ziyarət edə bilməmiş tədbir iştirakçıları üçün geniş və ətraflı şəkildə virtual səyahətini təşkil etdi. Erməni vəhşiliyinin şahidi olan muzeydə qətliam ilə əlaqədar arxiv sənədləri, dindirilmə protokolları, foto şəkillər haqqında ətraflı məlumat verdi.

Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Telli Nəsibova tariximizdəki bu qanlı qətliam haqqında danışdı. Daha sonra Sumqayıt Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, Naftalan Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Agayeva, Hacıqabul Heydər Əliyev Mərkəzinin Aytən Zülfəliyeva, Oğuz Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova mövzu ətrafında çıxışlarını davam etdirdilər. Həmçinin kitabxananın əməkdaşı Ləman Əliyeva, Samux rayon Sarıqaya kənd kitabxana filialının müdiri Tahirə Abbasovanın çıxışları dinlənildi.

 

179.1 KB