Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaddaşımızdan silinməyən soyqırım”adlı dəyirmi masa keçirilib

31.03.2022

30.03.2022 ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Çobanabdallı kənd kitabxana filialının təşəbbüsü, Diyarşünaslıq evinin kollektivi,İcra nümayəndəsinin iştirakı ilə "Yaddaşımızdan silinməyən soyqırım"adlı dəyirmi masa keçirdi.Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri Fatma Əsgərova açdı. O qeyd etdi ki Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan " ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə,deportasiya və soyqırımları həyata keçirmişlər.Azərbaycan xalqının başına gətirilən bu dəhşətli faciələrdən biri də 1918-ci ilin mart aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.Sonra çıxış üçün söz kitabxanaçı Ağca Abdıyevaya verildi.O da öz növbəsində Martın 31 də erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdiyi soyqırımdan danışdı.Qeyd etdi ki Ümummilli lider Heydər Əliyevin 1998 -ci ildə Martın 26 da imzaladığı "Azərbaycanlıların soyqırımı" haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanında dəhşətli hadisələrə siyasi qiymət verib.31 mart Azərbaycanlılarının soyqırımı günü elan edilmişdir.Tədbirdə söz alan digər iştirakçılarda Soyqırımın amansızlığından danışdılar.

 

157.7 KB

 

129.9 KB