Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarix unudulmur” adlı tədbir keçirilib

31.03.2022

 30.03.2022-ci il tarixdə Goranboy şəhər 1 saylı tam orta məktəbdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxana və şəhər 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 1918-ci il mart soyqrımının ildönümü ilə əlaqədar “Tarix unudulmur” adlı tədbir keçirildi.
   Tədbirdə Mərkəzi Kitabxananın işçiləri, 1 saylı məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
       Mərkəzi Kitabxananın işçiləri “31 Mart Azərbaycanlıların soyqrımı günüdür” başlıqlı sərgi tərtib etdilər.
  Tədbiri giriş sözü ilə 1 saylı tam orta məktəbin direktoru Səidə Məmmədova açdı.Əvvəlcə xalqımızın suverenliyi və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərkəzi Kitabxananın əməkdaşı Gülnar Nəcəfova “Tarixin qan yaddaşı”kitabının təqdimatını etdi. 1 saylı tam orta məktəbin tarix müəlimi Xəzəngül Əliyeva tarix boyu xalqımızın başına gətirilən müsibətlər haqqında məlumat verdi. Mərkəzi Kitabxananın əməkdaşı Dürdanə Bayramova təşkil olunmuş sərgi barədə tədbir iştirakçılarına məlumat verdi.

 

119.6 KB

 

119.7 KB

 

122.2 KB