Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Tarixin qanlı salnaməsi” başlıqlı tədbir keçirilib

31.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialı 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar  " Tarixin qanlı salnaməsi" başlıqlı tədbir keçirtdi. İlk öncə Azərbaycanın müstəqilliyi  uğrunda həlak olmuş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.

Filialın böyük kitabxanaçısı Risalə Həsənova çıxış edərək erməni qəsbkarlarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən söhbət açdı. Tarixin səhifələrini vərəqlədikcə yeni - yeni faktlar, erməni vəhşiliyinin tükürpədici səhnələri üzə çıxır. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda,  Zəngəzurda  Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali  kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət adidələri dağılıb məhv edildi.
  Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır.

 

56 KB

 

74.7 KB

 

63.6 KB