Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Unudulmaz faciə” başlığı altında tədbir keçirilib

31.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq “Unudulmaz faciə” başlığı altında tədbir keçirtdi. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. Qeyd etdi ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.

          Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra söz çıxışçılara verildi. Tədbirdə Gəncə Dövlət Universitetinin “Ümumi tarix” kafedrasının baş müəllimi Yəhya Süleymanov, tarix fakültəsinin IV kurs tələbəsi Natiq Bayramov, tarix fakültəsinin qiyabi şöbə üzrə V kurs tələbəsi Ruziyə Məmmədova çıxış etdilər. Çıxışçılar öz nitqlərində ermənilərin düşünülmüş şəkildə bizim dədə-baba torpaqlarımızda yerləşdirilməsindən və bundan ruhlanan ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyasından, mənfur qonşularımızın xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini əks etdirən geniş çıxışlar etdilər. GDU-nun tarix fakültəsinin qiyabi şöbə üzrə V kurs tələbəsi Ruziyə Məmmədova Azərbaycanın görkəmli xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini söylədi. Tədbirin sonunda filialın müdir əvəzi Şəhla İlyasova çıxışçılara öz minnətdarlığını bildirib tədbiri yekunlaşdırdı.

 

272 KB

 

245.5 KB

 

238.6 KB