Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”31 Mart tariximizin qanla yazılmış səhifəsidir ” adlı dəyirmi masa keçirilib

30.03.2022

30 mart 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana Sistemi və şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə 31 Mart azərbaycanlıların soyqırım günü ilə əlaqədar "31 Mart tariximizin qanla yazılmış səhifəsidir " adlı dəyirmi masa keçirildi.

Əvvəlcə xalqımızın suverenliyi, müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva 31 Mart soyqırımı haqqında tədbir iştirakçılarına ümumi məlumat verdi. Şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Xəzəngül Əliyeva tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən və şanlı qələbəmizdən geniş və ətraflı danışdı. Mərkəzi Kitabxana Sisteminin oxuculara xidmət şöbəsinin müdiri Səidə Abdullayeva 1918-ci ildə Şamaxı şəhərində, şəhər kitabxana filialının müdiri Nərgiz Məmmədova Qubada törədilmiş hadisələr haqqında danışdılar. Sonda Mərkəzi Kitabxana Sisteminin təşkil etdiyi sərgiyə baxış keçirildi.

 

87.1 KB

 

80.5 KB