Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“31 Mart azərbaycanlılara qarşı törədilən soyqırımı aktı” adlı dəyirmi masa keçirilib

30.03.2022

30.03.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı “31 Mart azərbaycanlılara qarşı törədilən soyqırımı aktı” adlı dəyirmi masa keçirtdi. 
Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açdı və Vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra isə Azərbaycanlıların soyqırımı günü haqqında geniş məlumat verdi. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 1988-ci ildən ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli qırğınlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi, eləcə də ona bitişik 7 rayonu işğal edilmişdir. 
Tədbirdə Gəncə Dövlət Rəsm Qalereyasının direktor əvəzi Məhbubə Həsənova çıxış edərək bildirdi ki, mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. 1919 və 1920-ci ilin mart ayının 31-i ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 
11 saylı kitabxana filialının müdiri Esmira Həsənova isə öz çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur və tarixən yaddaşlarda yaşadaraq gələcək nəsillərə ötürür.
44 günlük Vətən müharibəsinin Böyük Qələbə ilə başa çatması bir daha sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin apardığı düzgün siyasət və müzəffər ordumuzun sərgilədiyi qəhrəmanlıq sayəsində şəhidlərimizin qanı yerdə qalmadı. 
Tədbirdə Gəncə Dövlət Rəsm Qalereyasının kollektivi, Məhsəti Gəncəvi Muzeyinin işçiləri və kitabxananın fəal oxucuları iştirak etdi.

 

223.7 KB

 

215.2 KB

 

193.8 KB