Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəhrəmanlar unudulmur daim yaddaşlarda yaşayırlar” başlıqlı informasiya saatı keçirilib

30.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 29.03.2022-ci il tarixdə II Qarabağ Vətən müharibəsi şəhidi İsmayılov Elvin Arıf oğlunun anım günü ilə əlaqədar Məhəmməd Füzuli adına 22 saylı orta məktəbdə "Qəhrəmanlar unudulmur daim yaddaşlarda yaşayırlar" başlıqlı informasiya saatı keçirildi.

Kitabxanaçı Mələknaz Həsənpur tədbiri açıq elan edərək, Vətən uğrunda həlak olmuş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.Kitabxanaçı II Qarabağ Vətən müharibəsi haqqında məlumat verərək qeyd etdi ki, Azərbaycan tarixinə böyük hərflə yazılan "Zəfər günü" gələcək nəsillərə örnək olaraq təbliğ olunacaqdır. Bu müharibə də öz qəhrəmanlıqlarını  böyük sücaətlə nümayiş etdirən oğullar sırasında çox  gənc şəhidlərimizdən biri də Elvin İsmayılovdur. Şəhid 28 mart 2002-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan ordusunun əsgəri Elvin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bötövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edərək, Füzuli rayonu istiqamətində döyüş yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.
Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gələcək nəsillərə vətənpərvərlik hissini aşılamaqdan ibarətdir.

 

129.1 KB

 

106 KB