Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Goranboy şəhər Uşaq İncəsənət Məktəbinin fortepiano, rəqs və rəssamlıq şöbələrinin şagirdləri “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku” adlı yarışmada müvəffəqiyyətlə iştirak ediblər

29.03.2022

Goranboy şəhər Uşaq İncəsənət Məktəbinin fortepiano, rəqs və rəssamlıq şöbələrinin şagirdləri 26-27 mart 2022-ci il tarixində Şəki şəhərində keçirilən “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku” adlı yarışmada müvəffəqiyyətlə iştirak etdikləri üçün Selman Zərbəli, Ləman Musayeva (fortepiano ixtisası üzrə) I yer, Ayşə Tağıyeva I yer, rəqs kollektivi I yer, Türkan Musayeva (rəsm ixtisası üzrə) laureat adını qazanmışlar.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov yarışmada iştirak edən şagirdlərlə görüşüb, onları təbrik edərək gələcəkdə də böyük nailiyyətlər arzu edib.

 

211.2 KB