Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Regional Mədəniyyət İdarəsində Muğam müsabiqəsi qalibləri ilə görüş keçirilib.

29.03.2022

29.03.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov “Nizami Gəncəvi ili” çərçivəsində 2021-ci ildə Gəncədə ilk dəfə keçirilən Muğam müsabiqəsinin qalibləri və müsabiqənin münsiflər heyyətinin üzvləri ilə görüş keçirilib.

Görüşdə müsabiqənin münsiflər heyyətinin üzvlərindən Şahin Mirzəyev, Təvəkgül Hüseynov, lahiyə rəhbəri Sahil Quliyev və müsabiqənin qrampri mükafatçısı Tunar Salahov, I yerin qalibləri Əli Hüseynov, Abbas Mənsimov, II yerin qalibləri Altun Mirzəyev, Səlim Əliyev, III yerin qalibləri Elgün Əlbəndov, Vasif Əliyev, eləcədə müsabiqənin yekun mərhələsinə gəlib çatmış muğam ifaçıları Adil Nəbizadə, Səxavət Məmmədov, Nəriman Məmmədov həmçinin Goranboy rayon Qızılhacılı qəsəbə Uşaq Musiqi məktəbinin direktoru Vüqar Yusifov iştirak ediblər.

Görüşdə Gəncə Regional İdarənin rəisi Vasif Cənnətov 2021-ci ildə “Nizami Gəncəvi” ilinə həsr olunmuş silsilə tədbirlərdən söhbət açmış və bildirmişdir ki, Gəncədə ilk dəfə keçirilmiş muğam müsabiqəsi şəhərin mədəni həyatına böyük önəm vermişdir.

Vasif Cənnətov bir daha muğam müsabiqəsinin təşkilatçılarına, münsiflər heyyətinə, muğam ifaçılarına öz səmimi təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Regional idarənin rəhbərliyi ilə muğam müsabiqəsi bu ildə keçiriləcək və ulu muğam sənətimizin yaşadılması və gələcək nəsillərə çatdırılması üçün bizdə olan bütün imkanlardan istifadə olunacaqdır.

Görüş iştirakçıları Gəncə Regional İdarəsinin rəisi Vasif Cənnətova səmimi görüş üçün öz minnətdarlıqlarını bildirmişlər.

 

131.3 KB