Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nağıllar aləminə səyahət” başlığı altında sərgi-söhbət keçirilib

29.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Uşaq və Gənclər Kitab həftəsi ilə əlaqədar olaraq “Nağıllar aləminə səyahət” başlığı altında sərgi-söhbət keçirtdi. Tədbiri 15 saylı filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygün apardı. Kitabxanaçı ilk öncə tədbir iştirakçılarına Uşaq və Gənclər Kitab həftəsinin keçirilmə tarixi haqqında məlumat verib, qeyd etdi ki, bunu qeyd etmək artıq bu bir ənənəyə çevrilib. Bununla əlaqədar olaraq kitabxanamızda “Nağıllar aləminə səyahət” başlığı altında sərgi təşkil etmişik. Sonra kitabxanaçı sərgilənən kitablar haqqında iştirakçılara məlumat verdi. Sərgidə yer alan Azərbaycan nağılı “Ağ göyərçin”, “Bulud”, “Daşdəmirin nağılı”, Gülzar İbrahimovanın “İlanlı dərəinin sirri”, Antuan de Sənt-Ekzüperinin “Balaca şahzadə”, Sergey Kozlovun “Kirpi dumanda”, Seçilmiş Nağıllar Toplusu “Balaca Qırmızıpapağın əhvalatı və başqa nağıllar” kitabı, ingilis dilində Scott Foresman “Reading”, Nancy Shaw “Sheep in a Jeep”, by Robert Kalan “Jump, Froq, Jump” və sair kimi kitablar məktəblilərin marağına səbəb oldu. Tədbirin sonunda iştirakçılar sərgilənən kitablardan oxumaq üçün kitabxanaçıya müraciət etdilər.

 

238.2 KB

 

276.2 KB

 

250.5 KB