Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Regional Mədəniyyət İdarəsinə ”Təşəkkürnamə” təqdim olunmuşdur.

29.03.2022

23.03.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə" nağaraçalanlar ansamblı və "Gəncə qönçələri" rəqs ansamblı Göygöl şəhər Olimpiya İdman Kompleksində "Cüdo" üzrə Beynəlxalq yarışın açılış mərasimində iştirak etmişlər. Bu Beynəlxalq İdman Tədbirinin açılışı Azərbaycanla yanaşı qardaş Türkiyə, eləcə də İtaliya, Almaniya, Gürcüstan, Özbəkistan, Sloveniya və  Polşa ölkələrinin idmançıları iştirak etmişlər. Bu gün 29.03.2022-ci il tarixində Beynəlxalq "Cüdo" turnirinin təşkilat komitəsinin rəhbəri Muzadil Həsənov tərəfindən bu beynəlxalq turnirdə fəal iştirakına və əvəzsiz töhvələrinə görə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vasif Cənnətova, məsləhətçi Rahib Hüseynova, Gəncə şəhər UİM-nin direktor əvəzi Təvəkgül Hüseynliyə, "Gəncə qönçələri" rəqs ansamblının rəhbəri Xaliq Əliyevə, "Xəmsə" nağaraçalanlar ansamblının rəhbəri Söhrab İbrahimova və Gəncə Regional Mədəniyyət İdarəsinə "Təşəkkürnamə" təqdim olunmuşdur.

 

161.9 KB

 

172.3 KB

 

165.2 KB