Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bir diyarın eşqinə” başlığı altında onlayn tədbir keçirilib

27.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Vurğun poeziya günlərinin (25-30.03.2022) keçirilməsi ilə əlaqədar “Bir diyarın eşqinə” başlığı altında onlayn tədbir keçirtdi. Tədbiri 15 saylı filalın müdir əvəzi Şəhla İlyasova apardı. Qeyd etdi ki, Azərbaycanın ilk xalq şairi Səməd Vurğun xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərindəndir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olmuşdur. Dünyada az sənətkar tapılar ki, yaşadığı zamanda klassikləşsin, əsərləri ümumxalq kütlələrinin mənəvi sərvətinə çevrilsin. Sonra qüdrətli şairin həyat və yaradıcılığının mühüm məqamlarının yer aldığı videoçarx nümayiş olundu. Nümayişdən sonra çıxış üçün söz 33 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xuraman Tarverdiyevaya verildi. Müəllimə geniş çıxış edərək görkəmli şairin çoxşaxəli yaradıcılığının bir neçəsinə toxunaraq təhlillər apardı, əsərlərindən nümunələr göstərdi. Tədbirdə musiqisi Sevda İbrahimovaya sözləri Səməd Vurğuna aid “Bir diyarın eşqinə” musiqi parçası səsləndirildi. Tədbirdə iştirak edən M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri Səməd Vurğunun möhtəşəm “Azərbaycan” şeirini kompozisiya şəklində təqdim etdilər. Tədbirin təşkilatçısı 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova Səməd Vurğunun dram əsərlərindən söz açaraq görkəmli sənətkarın “Vaqif” dramından bir parça nümayiş etdirdi. Sonda iştirakçılara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

137.4 KB

 

109 KB

 

122.9 KB