Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz Bayramı münasibətilə tədbir keçirilib

21.03.2022

18.03.2022-ci il tarixində Naftalan şəhər uşaq musiqi məktəbi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının milli-mənəvi irsini özündə təcəssüm etdirən Novruz Bayramı münasibətilə tədbir keçirildi.Tədbirdə Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova,Sosial-İqtisadi və Humanitar məsələlər üzrə baş məsləhətçi Afət Mustafayeva,Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Nümayəndəliyinin baş məsləhətçisi Aqil Bayramov ,Mədəniyyət işçiləri və valideynlər iştirak etdilər.İlk öncə mərkəzin kiçik elmi işçisi Ramilə Həsənova tərəfindən Ulu öndər H.Əliyevin yaradıcılıq xronologiasını əks etdirən fotoşəkillər üzərindən təqdimat edildi, sonra şəhər sakinlərinin əl işləri və kitab sərgisi nümayiş etdirildi.
 Tədbiri giriş sözü ilə baş məsləhətçi Aqil Bayramov açdı,şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi,sonra Naftalan şəhər İcra hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova çıxış etdi.
 Naftalan şəhər  uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin hazırladığı rəngarəng musiqi nömrələri,xalq mahnı və rəqslərimiz,zəngin folklorumuzu özündə əks etdirən haxıştalarımız,"kosa-keçəl"səhnəciyi  tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.Sonda məktəbin direktoru Almaz Əliyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,Naftalan şəhər İcra hakimiyyətinin başçısı  Vüqar Novruzova,Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi,tədbir iştirakçıları ilə  xatirə fotoşəkilləri çəkdirildi.

 

366.6 KB

 

394.4 KB

 

393.1 KB